Elm-təhsil
12.09.2018 / 17:40

Bilik Fondu “Qoy həmişə sülh olsun!” mövzusunda “dəyirmi masa” keçirib- Samuxda(Foto)

Bilik Fondu  “Qoy həmişə sülh olsun!” mövzusunda “dəyirmi masa”  keçirib-
Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Samux rayonu üzrə nümayəndəsinin təşəbbüsü ilə Rayon Təhsil Şöbəsi şəhərin 3 saylı tam orta məktəbində müəllim və şagird kollektivinin iştirakı ilə 21sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə “Qoy həmişə sülh olsun!” şüarı altında “dəyirmi masa” təşkil edib.

Fondun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, görüşü açan Bilik Fondunun yerli nümayəndəsi Nuridə Həsənova Beynəlxalq Sülh Günü barədə görüş iştirakçılarına məlumat verib. Qeyd edilib ki, Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından 24 il keçir.

Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin heç birinə əməl etmir və ermənilər tərəfindən mütəmadi olaraq atəşkəsin pozulması halları yaşanır. Bu gün qüdrətli və güclü Orduya malik Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev münaqişənin sülh yolu ilə həlli istiqamətində əməli işlər görür.

Təhsil şöbəsinin əməkdaşları və məktəbin müəllimləri də çıxışlarında Azərbaycanın dünyada sülhpərvər ölkə kimi tanındığını faktlarla diqqətə çatdırıblar.

Sonda şagirdlərin hazırladıqları bədii kompazisiya nümayiş olunub.

Bilik Fondu  “Qoy həmişə sülh olsun!” mövzusunda “dəyirmi masa”  keçirib-


İnform.az

Baxış sayı: 24