Baş xəbər, Sosial
12.09.2018 / 16:53

Yeni başçı vətəndaşlarla növbəti qəbulunu keçirib- Gəncədə(Foto)

Yeni başçı vətəndaşlarla növbəti qəbulunu keçirib-
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşların növbəti qəbulunu keçirib.

İnform.az Gəncə Şəhər İcra Hakimiyyətinin istinadə məlumatına istinadən bildirir ki, qəbulda 60-a yaxın Gəncə sakininin şikayət və təklifləri dinlənilib.

Müraciətlər arasında işlə təminat, vətəndaşlara torpaq sahələrinin verilməsi, qəzalı vəziyyətdə olan binaların təmiri, dam örtüklərinin dəyişdirilməsi kimi məsələlər üstünlük təşkil edib.

Müraciətlərə cavab olaraq bildirilib ki, vətəndaşlara torpaq sahələrinin verilməsi Kəpəz və Nizami Rayon Bələdiyyələri tərəfindən növbəli şəkildəhəyata keçiriləcək.Gəncə Şəhər Kəpəz və Nizami Rayon Bələdiyyələrinə növbədə olan vətəndaşların yenilənmiş siyahısının tərtib olunması tapşırılıb.

Yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi məsələsinə gəldikdə isə qeyd olunub ki, hazırda Gəncədə 2, 3, 5, 7 və 9 mərtəbəli olmaqla ümumilikdə 360-dan çox binanın dam örtüyü yenilənməlidir. Çoxmərtəbəli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi diqqətdə saxlanılan və həlli vacib məsələlərdən biridir. Bu istiqamətdə də lazımi addımlar atılacaq.

“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Gəncə şəhər bölməsinin üzvləri də qəbulda iştirak ediblər. Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramova məlumat verilib ki, Gəncədə 500-dən çox şəhid ailəsi, 400-dən çox Qarabağ Müharibəsi Əlili yaşayır. İctimai Birliyin üzvləri onları narahat edən məsələlərlə yanaşı bir sıra təkliflərlə də çıxış ediblər.

Qəbulda dilə gətirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyəti qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.

Yeni başçı vətəndaşlarla növbəti qəbulunu keçirib-


Yeni başçı vətəndaşlarla növbəti qəbulunu keçirib-


Yeni başçı vətəndaşlarla növbəti qəbulunu keçirib-


İnform.az

Baxış sayı: 399