Elm-təhsil
12.09.2018 / 16:36

BDU ilə Van Yüzüncü Yıl Universiteti memorandum imzalayıblar- FOTO

BDU ilə Van Yüzüncü Yıl Universiteti memorandum imzalayıblar-
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Peyami Battalla görüşüb.

Universitetin beynəlxalq əlaqələrindən, Türkiyə ali təhsil ocaqları ilə əməkdaşlıqdan bəhs edən rektor Abel Məhərrəmov, eyni zamanda, Mövlanə mübadilə proqramı çərçivəsində görülən işləri, müəllim-tələbə mübadiləsini yüksək dəyərləndirib.

Elm, təhsil sahəsində qardaş ölkənin universitetləri ilə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan rektor Abel Məhərrəmov bu istiqamətdə həyata keçiriləcək layihələrdən danışıb.

Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Peyami Battal, öz növbəsində, Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib və bu ali təhsil ocağı ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

Universitetlərarası əlaqələrin daha da genişləndirilməsi istiqamətində aparılan müzakirələrdən sonra anlaşma memorandumu imzalanıb. Memorandumda birgə əməkdaşlıq, müəllim və tələbələrin təcrübə mübadiləsi, konfrans və simpoziumların keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Qeyd edək ki, 1982-ci ildə təsis edilən Van Yüzüncü Yıl Universitetinin 17 fakültəsi, 5 institutu, 4 məktəbi, 1 konservatoriyası, 43 tədqiqat mərkəzi var.

BDU ilə Van Yüzüncü Yıl Universiteti memorandum imzalayıblar-


BDU ilə Van Yüzüncü Yıl Universiteti memorandum imzalayıblar-


BDU ilə Van Yüzüncü Yıl Universiteti memorandum imzalayıblar-



İnform.az

Baxış sayı: 29