Hüquq
12.09.2018 / 15:35

Balakən sakinindən narkotik götürülüb- FOTO

Balakən sakinindən narkotik götürülüb-
[b]Daxil olan məlumat əsasında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayon sakini Bəhruz Layıcov saxlanılıb.
[/b
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ətrafında aparılan araşdırma nəticəsində B.Layıcov tərəfindən Güllük kəndinin meşə zolağında kultivasiya yolu ilə yetişdirilmiş 152 ədəd çətənə kolu və ümumi çəkisi 303 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Qax RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Balakən sakinindən narkotik götürülüb-


[b]
İnform.az

[/b]

Baxış sayı: 23