Elm-təhsil
12.09.2018 / 14:55

AzTU məzunları Müdafiə Sənayesi Nazirliyinin zavod-komplekslərinə təyinat alıblar- FOTO

AzTU məzunları Müdafiə Sənayesi Nazirliyinin zavod-komplekslərinə təyinat alıblar-
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyini xüsusi ixtisaslı mühəndis kadrları ilə təmin etmək məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) yaradılan “Xüsusi texnika və texnologiya” fakültəsinin məzunlarının işlə təmin olunması üçün komissiya yaradılıb.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Müdafiə Sənayesi Nazirliyi və AzTU-nun birgə yaratdığı seçim komissiyasının tərkibinə Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri, nazirliyin tərkibində olan müəssisələrin rəhbərləri və AzTU rəhbərliyi daxildir.

Sentyabrın 12-də AzTU-da gənc silah mühəndislərinin işlə təmin olunması məqsədilə komissiya üzvlərinin və məzunların iştirakı ilə 70-ə yaxın məzun arasında yaşadığı ərazi nəzərə alınaraq, ixtisas üzrə bölgü keçirilib.

Təhsildə göstəricisi və ixtisası nəzərə alınaraq komissiya tərəfindən seçilən gənc mühəndislər könüllü olaraq Müdafiə Sənayesi Nazirliyinin “İQLİM” Elmi-İstehsalat Müəssisəsi, "Araz" zavodu, Bakı Cihazqayırma Zavodu, "Alov" zavodu, "PEYK" zavodu, Еlmi-Tədqiqаt İnstitutu və digər bu kimi böyük komplekslərinə təyin ediliblər.

Seçim zamanı “Xüsusi texnika və texnologiya” fakültəsinin magistratura səviyyəsinə qəbul olunan tələbələrin təyinatı isə fakültə rəhbərliyinin məsləhəti ilə Nazirliyin Еlmi-Tədqiqаt İnstitutuna verilib. Bu yolla elmi fəaliyyətlərini davam etdirmək niyyətində olanlar üçün də şərait yaradılıb.

Qeyd olunub ki, komissiya hərbi xidmətdə olan məzunlarla hərbi xidmətlərini başa vurduqdan sonra əlaqə yaradacaq və müvafiq işlə təmin olunacaqlar.

AzTU məzunları Müdafiə Sənayesi Nazirliyinin zavod-komplekslərinə təyinat alıblar-


AzTU məzunları Müdafiə Sənayesi Nazirliyinin zavod-komplekslərinə təyinat alıblar-


AzTU məzunları Müdafiə Sənayesi Nazirliyinin zavod-komplekslərinə təyinat alıblar-


AzTU məzunları Müdafiə Sənayesi Nazirliyinin zavod-komplekslərinə təyinat alıblar-


AzTU məzunları Müdafiə Sənayesi Nazirliyinin zavod-komplekslərinə təyinat alıblar-


AzTU məzunları Müdafiə Sənayesi Nazirliyinin zavod-komplekslərinə təyinat alıblar-


İnform.az

Baxış sayı: 59