Diaspora Akademiyası
12.09.2018 / 09:00

Diaspora rəhbəri Malaziyanın səfiri ilə görüşüb- Misirdə(Foto)

Diaspora rəhbəri Malaziyanın səfiri ilə görüşüb-
“Vətənpərvər” - Azərbaycanın Misirdə DiasporTəşkilatları Birliyin sədri tədqiqatçı- alim Seymur Nəsirov, Misirdə Malaziya dövlətinin səfiri cənab Muhəmməd Həniflə görüşüb.

Birlikdən İnform.az-a verilən məlumata görə, Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrindən söhbət açan S.Nəsirov, Misirdə yaşayan Malazya diasporu ilə müştərək tədbirlər keçirərək ölkələrimizi layiqincə təmsil etməyə hazır olduğunu qeyd edib.

Malazya səfiri ölkələrimiz arasında dostluq münasibətindən söhbət açaraq, hər zaman Azərbaycanın Misirdəki diasporası ilə əməkdaşlıq etməyə hazır olduğunu qeyd etmişdir. Səfir Diaspora sədrinə, Misirdə təhsil alan malazyalı tələbələrə verdiyi dəstəkdən ötrü təşəkkürünü bildirərək mükafatlandırıb.

Görüşdən sonra səfiririn dəvəti ilə Misirdə Seymur Nəsirovun rəhbərliyi altında təhsil alan bir qrup tələbələrin ərəb hüsnü xətti ilə yazdıqları lövhələrin sərgisində də iştirak ediblər.

Sərgidə nümayiş etdirilən sənət əsərləri səfirin çox xoşuna gəlmişdir. Bu sənəti Diaspora mərkəzimizdə öyrənmək üçün S.Nəsirovdan ona və ailəsinə imkan yaradılmasını xahiş edib.

Qeyd edək ki, S.Nəsirov hal-hazırda Misirdə təhsil alan 58 ölkədən olan 1000 dən çox tələbəyə rəhbərlik edir. 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır, 250 dən çox əslən azərbaycanlı olan alimlər haqqında iki kitabın müəllifidir, çoxlu sayda elmi və publisist məqalələri ərəb və Azərbaycan dillərində dərc olunub.

Qahirə Universitetində Azərbaycan dilini tədris edir.Rəhbərlik etdiyi tələbələr arasında malazyalı tələbələrdə mövcüddür.

Diaspora rəhbəri Malaziyanın səfiri ilə görüşüb-


Diaspora rəhbəri Malaziyanın səfiri ilə görüşüb-


Diaspora rəhbəri Malaziyanın səfiri ilə görüşüb-


Diaspora rəhbəri Malaziyanın səfiri ilə görüşüb-



İnform.az

Baxış sayı: 45