Maraqlı
11.09.2018 / 14:45

Nüsrətin restoranında 41 min dollarlıq HESAB(Foto)

Nüsrətin restoranında 41 min dollarlıq
Türkiyəli qəssab Nüsrətin Nyu-Yorkdakı restoranında ödənilən 41 min dollarlıq hesab sosial mediada müzakirə mövzusu olub.

Inform.az publika.az-a istinadən xəbər verir ki, duzu ətin üzərinə qeyri-adi hərəkətlə səpməsi nəticəsində gündəmə gələn qəssabın Nyu-Yorkdakı restoranına üz tutan bir müştəri hesabın yüksək olmasına etiraz edib. 41 min dollar hesab ödəyən müştəri qəbzin şəklini sosial şəbəkədə paylaşıb.

Müştəri Nüsrətin Nyu-yorkdakı restoranında 2 şüşə Petrus şərabına 18 min dollar pul verib. Çekdə 5 min 825 dollarlıq xidmət haqqı isə xüsusi diqqət çəkib.

İddia olunur ki, dolların kursu Türkiyədə bahalaşdığı üçün Nüsrət Nyu-Yorkdakı restoranında xidmət haqqı ilə meynunun qiymətlərini yuxarı qaldırıb.

Nüsrətin restoranında 41 min dollarlıq


Nüsrətin restoranında 41 min dollarlıq


İnform.az

Baxış sayı: 1231