Baş xəbər, Mədəniyyət
11.09.2018 / 12:40

“Müasir Azərbaycan“ mövzusunda uşaq və gənclər arasında rəsm müsabiqəsi keçirilir- ELAN

“Müasir Azərbaycan“ mövzusunda uşaq və gənclər arasında rəsm müsabiqəsi keçirilir-
Bakı Fond Birjasının təşəbbüsü ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və “İnvest-Az” İnvestisiya şirkətinin dəstəyi ilə “Müasir Azərbaycan“ mövzusunda uşaq və gənclər arasındarəsm müsabiqəsinə start verilib.

İnform.az-ın xəbərinə görə, Bakı Fond Birjasının sosial məsuliyyətlilik layihəsi çərçivəsində keçirilən sərginin məqsədiistedadlı gənclərin və yeniyetmələrin aşkarlanması, eləcədə, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasından ibarətdir.

Müsabiqəyə daxil olan rəsm əsərləri peşəkar rəssamlar və sənətşünaslar tərəfindən qiymətləndiriləcəkdir. Müsabiqənin qalibləri mükafatlandırılacaqdır.
Müsabiqənin sonunda seçilmiş əsərlərdən ibarət sərgi təşkil olunması nəzərdə tutulur.

Müsabiqədə iştirak üçün tələb olunur:

1. Müsabiqəyə təqdim edilən əsərlərin orijinal nüsxəsi
2. Müəllifin 2 ədəd 3x4 ölçüdə fotoşəkli
3. Müəllifin şəxsiyyət vəsiqəsinin surəti

Müsabiqədə iştirak üçün namizədlərin qeydiyyatı və əsərlərin qəbulu 10 sentyabr 2018-ci iltarixindən 31 oktyabr 2018-ci il tarixinədək həyata keçirilir.

Təqdim olunacaq əsərlər:

Rəsm və rəngkarlıq sahəsinə aid olmalıdır

Əsərlərin ölçüləri 70x50 sm qədər olmalıdır

Mənzərənin mövcud janr qruplarında işlənməlidir (marina, veduta və s.)

Əsərlər kağız, karton, kətan üzərində işlənməlidir

Əsərlərin işlənmə texnikaları sərbəstdir (sulu boya, yağlı boya, quaş, qarışıq texnika və s.)

Əsərlər səliqəli işlənməlidir

Əsərlər müvafiq çərçivələrdə təqdim olunmalıdır

Qaliblərin mükafatlandırılması:


1-ci yer 1000 AZN
2-ci yer 700 AZN
3-cü yer 300 AZN

Əsərlərin qəbulu həftəiçi saat 10:00-dan 17:00-dək aşağıda qeyd olunan ünvanda həyata keçiriləcəkdir:

Bakı ş., Xətai r.,Babək pr, Ə.Quliyev 11/31, Babək Plaza, Blok B, 15-ci mərtəbə, AZ 1025
Əlaqə:E-mail:info@bse.az, Telefon:(+994 12) 488-05-80 (dax: 127), (050) 228-16-13



İnform.az

Baxış sayı: 314