Sosial
11.09.2018 / 13:00

İcra başçısı baş mütəxəssisi işdən çıxardı- Gəncədə

İcra başçısı baş mütəxəssisi işdən çıxardı-
Gəncə Şəhər İcra Hakimiyyətinin baş mütəxəssisi Aytəkin Məmmədova vəzifəsindən azad olunub.

İnform.az Report-a istinadən xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov müvafiq əmr imzalayıb.

Həmin vəzifəyə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi İbrahimov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.


İnform.az

Baxış sayı: 244