Sosial
11.09.2018 / 11:57

Diqqətli olun- SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

Diqqətli olun-
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lökbatan-Ələt hissəsinə lövhə-montaj işləri aparılır.

Bu barədə İnform.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bundan başqa, sözügedən yolun Şıxov qəsəbəsindən keçən hissəsində, həmçinin Bakı şəhəri, Neftçilər prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Rixard Zorge küçəsi ilə kəsişməsinədək olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

İnform.az

Baxış sayı: 153