Elm-təhsil
10.09.2018 / 15:51

Təkrar ali təhsil almaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib- ADPU-da(Foto)

 Təkrar ali təhsil almaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib-
Sentyabrın 8-də 2018-2019-cu tədris ilinə hazırlıq planına uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetdə (ADPU) təkrar ali təhsil almaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən İnform.az-a verilən məlumata görə, görüşdə Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov,ADPU-nun fakültə dekanları, kafedra müdirləri, Davamlı təhsil və təlim şöbəsinin əməkdaşları, həmçinin 80 nəfər təkrar ali təhsil üçün sənəd vermiş şəxs iştirak ediblər.

Tədbiri Davamlı təhsil və təlim şöbəsinin müdiri, dosent İsrayıl İsgəndərov açaraq görüşün keçirilməsinin məqsədi, ADPU-da əlavə təhsil sahəsində görülən işlər və mövcud vəziyyət, ADPU-nun daxili qaydaları və s. barədə ətraflı məlumat verib.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov tədbir iştirakçılarını yeni tərdis ilinin başlanması münasibətilə təbrik edib, Azərbaycanda son illər təhsil sahəsində aparılan islahatlar, o cümlədən pedaqoji kadr hazırlığı və yenidənhazırlanma təhsili sahəsində aparılan islahatlar, bu islahatlar nəticəsində qazanılmış uğurlar barədə ətraflı məlumat verib.

Tədbirin sonunda təkrar ali təhsil üçün müraciət etmiş şəxslərin sualları cavablandırılıb.

 Təkrar ali təhsil almaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib-


 Təkrar ali təhsil almaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib-


İnform.az


Baxış sayı: 227