Sosial
10.09.2018 / 10:15

ETSN Prokurorluqdan təqsirkarın cəzalanmasını istəyib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bu barədə İnform.az-a ETSN-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, reyd zamanıAstara rayonu Şüvi bələdiyyəsinə məxsus ərazidə köküstə yaş 14 ədəd müxtəlifcinsli ağacın kəsildiyi və təbiətə 2110 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağaclarınAstara rayon sakiniCavanşir Məmmədovtərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymətverilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Astara rayon Prokurorluğuna göndərilib.


İnform.az

Baxış sayı: 163