Mədəniyyət
10.09.2018 / 10:20

“ABAD” gələcək zərgərlər yetişdirir- FOTO

“ABAD” gələcək zərgərlər yetişdirir-
Quba “ASAN həyat” kompleksində fealiyyət göstərən “ABAD” Məktəb milli zərgərlik sənətinə yiyələnmək istəyən gənclərə zərgərlik üzrə peşəkar təlimlərə start verib.

"ABAD" publik hüquqi şəxs Marketinq, ictimaiyyətlə və beynəlxalq əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Qəmər Bağırovanın İnform.az-a verdyi məlumata görə, təlimlər zamanı tələbələr dekorativ-tətbiqi xalq sənətkarlığı üzrə işləyən rəssam və ustadların əl işləri ilə tanış olacaq, zərgərlik sənətinin tarixçəsini öyrənəcək, habelə metalın bədii emalında istifadə olunan texnoloji yeniliklər haqqında ətraflı məlumat əldə edəcəklər.

Tədrisdə zərgərlik sahəsini öyrənən tələbələr yalnız metal deyil, həmçinindigər material və alətlərlə tanış olacaq,müxtəlif zərgərlik texnikaları üzrə biliklərə də yiyələnəcəklər.

“ABAD” məktəbdə zərgərlik təlimlərini bitirən şəxslər sərbəst fəaliyyəti üçün sertifikat əldə edəcək, eyni zamanda “ABAD”la müqavilə bağlayaraq məhsullarını hazırlayıb “ABAD” etno-butiklərində satışa çıxarmaq imkanı qazanacaqlar.Məktəbdə daha çox gümüşdən hazırlanan zinət əşyaları təqdim olunacaq. Əlavə olaraq “ABAD” Məktəbdə qiymətli təbii qaşlardan ənənəvi təsbehlər hazırlanması üçündə şərait yaradılıb.

Təlimlər peşəkar ABADçı-zərgərlər tərəfindən keçiriləcək.

Qeyd edəkki, “ABAD” (AiləBiznesinəAsanDəstək) publik hüquqi şəxs cənab prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Prezidentiyanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.

Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətl i ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosial yönümlü layihələrin həyata keçirilməsidir.

“ABAD”ınfəaliyyətinin prioriteti stiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdir.

“ABAD” gələcək zərgərlər yetişdirir-


“ABAD” gələcək zərgərlər yetişdirir-


“ABAD” gələcək zərgərlər yetişdirir-


“ABAD” gələcək zərgərlər yetişdirir-


“ABAD” gələcək zərgərlər yetişdirir-


“ABAD” gələcək zərgərlər yetişdirir-


“ABAD” gələcək zərgərlər yetişdirir-


“ABAD” gələcək zərgərlər yetişdirir-


“ABAD” gələcək zərgərlər yetişdirir-


“ABAD” gələcək zərgərlər yetişdirir-



İnform.az




Baxış sayı: 270