Ədəbiyyat
10.09.2018 / 11:30

İtmiş gəlincik

İtmiş gəlincik
Məzahir Mənnan


Başdan başa qəm paltarı geyinmiş,
Divarlara qısılan qız, necəsən?
Mərhəmətdən uzağ olan dünyada,
Qara küncə sıxılan qız, necəsən?

Yad yollara dikilən göz nə istər?
Səni sıxan ehtiyacın adı nə?
Xətrinə nə düşüb çörək, yoxsa su?
Ac qəlbinin doğması nə, yadı nə?


İtmiş gəlincik


And verib söz soruşuram, susursan.
Danış, mən də dərdindən pay istərəm.
Gəl boynuma sarıl mənim qızcığaz,
Əzabını könlümə yay, istərəm.

Gəlinciyim itib mənim əmican,
İndi onun yoxluğu can titrədir.
Mən onunla anamı yad edirdim,
Anam itib, get anamı tap gətir..!!!



İtmiş gəlincik



İnform.az

Baxış sayı: 192