Maraqlı
10.09.2018 / 12:00

Annaliza Mişel və ekzorsizm

Annaliza Mişel və
Ekzorsizm (yunancadan tərcümədə — «ovsunlamaq») — cinlərin və ya şər ruhların insanlardan, yaxud müəyyən yerlərdən qovulması, insan cisminə keçmiş bəd ruhların, cinlərin cisimdən kənarlaşdırılması haqqında nəzəriyyədir.

Bir çox xalqlar, sivilizasiyalar və dinlərdə insan bədəninin ruhlar tərəfindən işğal olunmasından bəhs edilir. Bir neçə əsr bundan qabaq şizofreniyanın bu və ya digər formalarını, o cümlədən də Turet sindromuna yoluxmuş insanları da cinlər tərəfindən işğal olunmuş hesab edirdilər.

Annaliza Mişel 1952-ci ildə Almaniyada, katolik ailədə dünyaya gəlib.

Uşaqlığında çəkilmiş şəkillərdən bəlli olur ki, o, çox şən və fəal gənc olub. Lakin 23 yaşında hər şey dəyişir.

Zəif, döyülmüş, qorxmuş təsiri bağışlayan qız dəli kimi olur. Hesab olunur ki, cinlər gənc qızın bədəninə girib və Annaliza şeytana təslim olana qədər nə az, nə çox düz 8 il mübarizə aparıb.

Annalizadan öncə anası qeyri-nikahdan uşaq uşaq dünyaya gətirir. Bu isə katolik ailəsi üçün utancverici idi. Sonradan, o, ailə həyatı quraraq Annalizanı dünyaya gətirməklə birinci qızının günahlarını yumaq istəyir. Təəssüf ki, Annalizanın böyük bacısı 8 yaşında ikən vəfat edir. Qız anasının günahına görə, özünü təqsirli hesab edirdi.

Annalizada ilk simptomlar 1968-ci ildən sonra başlayır. O zaman qız 16 yaşlı məktəbli idi. Tez-tez baş verən qıcolmalara görə, həkim ona epilepsiya diaqnozu qoyur.

Annaliza məktəbi bitirdikdən sonra müəllim olmaq üçün kollecə gedir. Görünür, tibb sahəsi qıza kömək olmur və onun vəziyyəti getdikcə daha da pisləşir. Annaliza dua edərkən gözlərinə qəribə görüntülər görünür.

Şeytanın səsini eşidib, buyruqlarına əməl etməyə başlayır. Daha sonra dini ikonalara nifrətini göstərməyə başlayır. Qızın bu vəziyyətini görən ailə dostu Annalizanı keşişə göstərməyi məsləhət bilir. Keşişlər eksorsizimə əl atmaq istəyirlər.

1975-ci ildə valideynləri həkimlərdən əl üzüb qızı Roma kilsəsinə verirlər. Annaliza, valideynləri və keşişlər onun tezliklə sağalacağına ümid edirdilər.

Annaliza Mişelin özü etiraf edirdi ki, Neron, Hitler, Lusifer, Habil və digər altı cin onu idarə edir.

On ay ərzində atası və keşiş tərəfindən 67 dəfə cin çıxartma ayini keçirilır. Bu ayinlər zamanı qız o qədər zəifləyirdi ki, halsız olub yerə yıxılırdı.

Ölənə qədər yeməkdən tamamilə imtina etməsini təsvir etmək elə də çətin deyil. O, yemək yeməməklə cinin idarəsini zəiflədə biləcəyinə inanırdı.

Ekzorsizm Annalizanı xilas edə bilmir və gənc qızın vəziyyəti bu ayinlərdən sonra daha da pisləşir. Hətta ifrazatını yalayırdı. Həşəratları yeyir, dini ikonaları sındırır, it kimi ulayırdı.

A.Mişel 1976-cı ildə aclıq və susuzluqdan ölür. 23 yaşlı qız ölərkən çəkisi 31 kq idi. Atası və ayini həyata keçirən iki keşiş onu öldürməkdə günahkar bilinirlər. Məhkəmə istintaqı zamanı ayin həyata keçirilərkən istifadə olunmuş audio və şəkillər təqdim olunur.

Mişelin başına gələnlər hələ də naməlum olaraq qalır. Güman olunur ki, qız şizofreniya və şəxsiyyətin ikiləşməsi sindromlarından əziyyət çəkib./kayzen.az


Baxış sayı: 367