Ədəbiyyat
10.09.2018 / 11:00

Sən deyilmisən?!

Sən deyilmisən?!
Cəmil Dəniz


Qızlara, qadınlara....


Körpə olub əzizlənən, saçına lentlər taxılan, göz bəbəyi kimi baxılan sən deyilmisən?!

Məktəb vaxtı od parçası, dərslərində zirək olan, həm xoşrəftar mələk olan, zaman-zaman Xanqızı Natəvan, zaman-zaman Nigar olan, Tomris olan. Zaman-zaman 13 yaşda şeyx nəsrullahlar yatağında gül tək solan sən deyilmisən?!

Bəzən 50 yaşda subay, 15 yaşda ana olan... zülmlər, çilələr çəkən qadın sən deyilmisən?!

Oxudun, ali məktəbi bitirdin... qayğısızlığını itirdin... Bitirincə yalnız qalan, işsiz qalan, eşqsiz qalan... Sən deyilmisən?

İş dünyası qaphaqapdı. Şansı olan işin tapdı. Həm işlədi, eşqin tapdı. Olmayanlar neyləsin, hara getsən pul, tanışlıq. Allahım, bu nə cəmiyyət, söylə bu necə yanlışlıq?! Şansı olan kəsə düşər ata malı, ata mülkü...

Ətrafında pulu üçün gəzər necə çaqqal, neçə tülkü... hiylə qurar, könlün alar, xariclərdə yuva qurar.

Olmayan xariclərə qəzetlərdən, televizordan baxar. Şanssız qalan, işsiz qalan, eşqsiz qalan, əyləncəyçün yox, iş tapmaqçün qəzet alan... Sən deyilmisən?!

Şansı olmayan gözəlimiz, “var ağlınız, savadınız, uygun deyil hisslərimiz,uyğun da deyil tipimiz, həm ağlımız, səviyyəmiz” - deyən, qismətinə asi olub, “yoxdur bir layiqimiz” - deyən... Sən deyilmisən?!

Bəzən real həyatdan qopan, heyran olan, kumir tapan, real həyatı buraxıb, kinolardan, dizilərdən təsirlənib necə yalan qəhrəman, necə yalan xəyal yapan sən deyilmisən?

Aldanıb şirin dilinə, “gəl, baş tacı edərəm” - deyən düşər birinin felinə sevgi yaşar, həyat qurar, amma diplom küncdə durar, necə oğlu qızı olar, mətbəx olar yeri onun, alim idi, amma fikrii nə, arzusu nə, calalı gözdə qalar... verilən vəd sözdə qalar...

Dünyaya övlad bəxş edən, qayğısıyla ailəyə həmdəm olan, itirəndə əzizini ağlayaraq saçın yolan...

Bəzən uzun ömür sürüb, bəzən.... İyirmisində dul qalan, “mən qadınam, olmaz!” - deyib, namusuna qurban sənin, namusuna qısılan, tənha qalan, yalnız qalan... Sən deyilmisən?

Anam, bacım, sevgim olan Qadın!!! Cənnət ayaqlarının altında... Cənnət sənsən.... SƏN DEYİLMİSƏN ?!


İnform.az

Baxış sayı: 294