Hüquq
09.09.2018 / 17:00

Naməlum kişi meyiti tapılıb- ELAN

Naməlum kişi meyiti tapılıb-
Sentyabrın 5-də gecə saat 01:24-də Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında 55-60 yaşlarında naməlum kişi yol nəqliyyat hadisəsi zamanı avtomobil vurması nəticəsində dünyasını dəyişib.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, onun xarakterik əlamətləri :boyu 170-santimetr, arıq bədən quruluşlu, saçları ağdır.

Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə (012) 490-88-27, həmçinin 055-277-71-53 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


İnform.az

Baxış sayı: 144