Ədəbiyyat
07.09.2018 / 19:20

"Azərbaycan türkcəsində 13-cü Beynəlxalq Rəzəvi şer festivalı" keçirilib- Urmiyada(Foto)

"Azərbaycan türkcəsində 13-cü Beynəlxalq Rəzəvi şer festivalı" keçirilib-
İran İslam Cümhuriyyətinin Urmiya şəhərində "Azərbaycan türkcəsində 13-cü Beynəlxalq Rəzəvi şer festivalı" keçirilib.

AYB-nin Xəzər Bölməsindən İnform.az-a verilən məlumata görə, ölkəmizi bu tədbirdə AYB Xəzər bölməsinin üzvləri Məcid Əsri, Rüstəm Tofiq və Emin Həvayidən ibarət heyət layiqincə təmsil edib.

Tədbirin ilk hissəsində çıxış edən Emin Həvayinin şeri dinləyicilərdə xoş təəssürat yaradıb. Daha sonra səhnəyə çıxan Rüstəm Tofiq Azərbaycan şairləri adından iştirakçıları salamlayıb,üçüncü dəfə bu festivalda iştirak etməkdən məmnun olduğunu bildirib.

Tədbirin ikinci hissəsində nitq söyləyən Seyyid Əsri AYB Xəzər bölməsinin yaradılması münasibəti ilə şersevərləri müjdələyərək Azərbaycanda əruz şerinin sürətlə çiçəklənməkdə olduğunu diqqətə çatdırıb, məclis əhlinə bu festivalda dəfələrlə münsif olmuş bölmə sədri Arif Buzovnalının salamın yetirib.

Azərbaycan şairlərinin iştirakından və çıxışlarından çox məmnun olduqlarını ifadə edən festival təşkilatçıları İran və Azərbaycan xalqlarının qardaşlıq və dostluq bağlarının möhkəm və daimi olduğunu vurğulayıb, ədəbi əlaqələrin bu baxımdan vacib olduğunu qeyd ediblər.

Təmsilçilərimiz xarici qonaqlar nominasiyasında qalib elan olunub,mükafata layiq görülüblər. Sonda xatirə şəkilləri çəkilib.

"Azərbaycan türkcəsində 13-cü Beynəlxalq Rəzəvi şer festivalı" keçirilib-


"Azərbaycan türkcəsində 13-cü Beynəlxalq Rəzəvi şer festivalı" keçirilib-


"Azərbaycan türkcəsində 13-cü Beynəlxalq Rəzəvi şer festivalı" keçirilib-


"Azərbaycan türkcəsində 13-cü Beynəlxalq Rəzəvi şer festivalı" keçirilib-



İnform.az


Baxış sayı: 412