Ədəbiyyat
07.09.2018 / 01:45

Payız, ah payız...

Payız, ah payız...
Əmrah Fəqanoğlu

Gəlişin kövrəltdi məni yamanca,
Sarı don geydirdin yala -yamaca,
Nəğməkar quşlarsız boş qaldı bağça,
Payız, ah, payız...

Təbiət qəmgindir, ağaclar sanki,
Heçliyə at çapır qovulantəki.
Dünənki çiçəyin soluxub rəngi
Payız, ah, payız...

Kirimir, ağlayır buludlar elə,
Dönür göz yaşları coşqun bir selə.
Ömrə qış tələsir qədəmlərilə,
Payız, ah, payız...

Dumana bələnən uca zirvələr,
Nə qədər mənalı, gözəl görünər.
Bəs niyə könlümə qüssə ələnər?
Payız, ah, payız..




İnform.az

Baxış sayı: 327