İdman
06.09.2018 / 19:00

İki güləşçimiz finalda

İki güləşçimiz finalda
Bu gün Yakutsk Respublikasının Saxa şəhərində Dmitri Korkinin xatirəsinə sərbəst güləş üzrə beynəlxalq turnir start götürüb.

AGF-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, yarışda məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında ölkəmizi 7 güləşçi təmsil edir.

Onlardan ikisi – Pərviz İbarahimov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala yüksəlib. Əli Rəhimzadə (65 kq) ilə Hacımurad Ömərov (74 kq) bürünc medal qazana bilər.

Sabah İbrahimovla Hacıyev final, digər iki güləşçimiz isə təsəlliverici görüşlərə çıxacaq. Əhmədnəbi Qvarzatilov, Məhəmmədhacı Kasumov (hər ikisi 61 kq) və İbrahim Yusubov (79 kq) isə sabah ilk qarşılaşmalarını keçirəcəklər.

Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyur.

İnform.az

Baxış sayı: 94