Hadisə
04.09.2018 / 01:00

DSX-nın "Qırmızı Körpü" Sərhəd Keçid Məntəqəsində ölumlə nəticələnən qəza ilə bağlı AÇIQLAMASI

DSX-nın "Qırmızı Körpü" Sərhəd Keçid Məntəqəsində ölumlə nəticələnən qəza ilə bağlı
Dövlət Sərhəd Xidmətinin "Qırmızı Körpü" Sərhəd Keçid Məntəqəsində ölümlə nəticələnən qəza baş verib.

İnform.az
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına istinadən bildirir ki, sərhəd-keçid məntəqəsinin Azərbaycana aid hissəsində TIR markalı yük maşını yoxlanış üçün saxlanılıb.

Sürücü yük maşınından düşüb sənədlərini təqdim edərkən dayanmış vəziyyətdə olan yük maşınının əyləc sistemində qəfil problem yaranıb və TIR öz-özünə hərəkətə başlayıb.

Nəticədə TIR qarşısında olan Dövlət Sərhəd Xidmətinin gizir rütbəli hərbi qulluqçusunu vurub.

Gizir aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət işi başlanıb, araşdırma aparılır.


İnform.az

Baxış sayı: 41