Hüquq
03.09.2018 / 17:17

Daha bir narkotik "bağban"ı yaxalandı- Şirvanda

Daha bir narkotik "bağban"ı yaxalandı-
Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan İnform.az-a verilən məlumata görə, ŞPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini əvvəllər məhkum olunmuş 49 yaşlı Arif Məmmədov saxlanılıb.

Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman yarımtikilidə kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu və ümumi çəkisi 500 qrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.


İnform.az

Baxış sayı: 172