İdman
03.09.2018 / 14:00

Yığmamız təlim-məşq toplanışı keçir- Göygöldə

Yığmamız  təlim-məşq toplanışı keçir-
Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığmamız sentyabrın 2-dən Göygöldə növbəti təlim-məşq toplanışına başlayıb.

AGF-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, sentyabrın 15-dək davam edəcək hazırlıq prosesində baş məşqçi Şaban Donat, məşqçilər Rövşən Bayramov, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında 20 güləşçi iştirak edir.

Qeyd edək ki, toplanış başa çatdıqdan sonra millimiz Belarusa yollanacaq. Komandamız sentyabrın 17-dən 19-dək Minskdə keçiriləcək Oleq Karavayevin xatirə turnirində iştirak edəcək.


İnform.az

Baxış sayı: 28