Maqazin
03.09.2018 / 11:40

Aksessuarlarının qiymətləri müzakirə yaratdı- FOTO

Aksessuarlarının qiymətləri müzakirə yaratdı-
“Kim haradan geyinir” adlı səhifə yerli məşhurların geyimləri və qiymətləri barədə məlumatlar verməyə davam edir.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, səhifənin hədəfi bu dəfə Əməkdar artistlər Tünzalə Ağayeva, Röya Ayxan və müğənni Günay İbrahimli olub.

Səhifə onların aksessuarlarından söz açıb. Sənətçilərin bahalı aksessuarlardan istifadə etməsini izləyicilər birmənalı qarşılamayıb.

Belə ki, Tünzalə Ağayevanın “Van Cleef & Arpels” brendinə məxsus sırğalarının təxminən 20 min manat olması izləyiciləri təəccübləndirib.

Aksessuarlarının qiymətləri müzakirə yaratdı-


Röyanın “Yves Saint Laurent”dən olan iki boyunbağısının qiymətinin isə 4 min 718 manat olması müzakirə yaradıb.

Aksessuarlarının qiymətləri müzakirə yaratdı-


Müğənni Günay İbrahimlinin “Van Cleef & Arpels” brendinin istehsalı olan boyunbağısı da 5 min 950 manat qiyməti ilə görənlərin “O, boyunbağıya bu qədər pul verməz” kimi rəylərin yazılmasına səbəb olub.

Aksessuarlarının qiymətləri müzakirə yaratdı-


İnform.az

Baxış sayı: 202