Ədəbiyyat
03.09.2018 / 12:00

Xoşbəxtlik kimsəyə lazım deyilmiii...?!

Xoşbəxtlik kimsəyə lazım deyilmiii...?!
Cəmil Dəniz

Bir gəmi gördüm az öncə, qaranlıqda, dənizin tam ortasındaydı, bərq vuran işıqlarıyla aya meydan oxuyurmuş kimi ləngər vura-vura irəliləyirdi, sanki dünyada ölkə var, insanlar var unutmuş kimiydi, sadəcə dünyadaydı... Yer kürəsində..
.

Qızılı işıqları müdhişdi, ecazkar cazibəsiylə xoşnud bir məhrəmlik vəd edirmiş kimiydi.. İçindəkilər adama digər insanlardan xəbərsizmişlər kimi gəlirdi, digər insanlar da onlardan...

Kaş orda olaydım!- düşündüm... yaşadığım ölkədə bütün insanlar məni, mən də onları unudaydım...

Bəlkə mən qayğısiğız gördüm onları, bəlkə hər kəsin öz dərdi var və hər kəs özünü düüşünür... eqoların cəngləşdiyi haldadırlar..., şəxsi mənafeləri bir-biriylə döyüş ruhunda həm də mutsuzdurlar... Bəli...Mutsuz...Çünki...

HƏR KƏSIN TƏK ÖZÜNÜ DÜŞÜNDÜYÜ YERDƏ İNSANLAR MUTSUZ OLUR, İNSANLIQ MUTSUZ OLUR !


Gəmi yolundaydı, üzürdü. Birdən fırtına qoparsa?!Fırtına qoparsa nə olar?!

Deyim: Gəminin içindəkilər özlərini düşünməyi buraxıb sadəcə xilas olmağı düşünəcəklər, bununçün çalışacaqlar, gəminin rahat üzməsini, küləyin azalmasını, fırtnanın susmasını arzulayacaqlar, hər kəs eyni düşünəcəkdir, istəklər, dualar bir olacaq... şəxsi yox, fərdi yox... bir olacaq, bir!!!

Haşiyə: Bir hekayəm vardı, mən yazmışdım, amma adını dostum qoymuşdu: “Qar adam” – deyə: şəhərdə yağan qarı anlatmışdım, möhkəm qarın yolu-izi kəsdiyini, evinə çatmaq üçün yolu eyni istiqamətdə olanların qadın, kişi bilmədən eyni taksiye oturub birlikdə getməklərini və hər gündəkindən fərqli olaraq bunun eyib sayılmadını anlatmışdım. Yolda qarın içində gəlməyəcək avtobusu gözləyən bir xanımı maşınımıza alıb lazımi tərəfə götürməyimizi anlatmışdım və kimsə də bax o qadına “tanımadığı maşına mindi” – deyə şər atmadığı o tufanlı qarlı gün anlatmışdım. Başqa vaxt olsaydı, maşınımızdakı digər kişilər o qadına şəhvət gözüylə baxar, haqqında min pis fikrə düşərdi...

DEMƏK KI, İNSANLAR HƏYATLARI TƏHLÜKƏDƏYKƏN EYNI MƏQSƏD ÜÇÜN BİRLƏŞƏ BİLİRLƏR! ŞƏHVƏTLƏRİ SUSA,YATMIŞ VİCDANLARI OYANA BİLİR!

Nəticə:
Ey insanlar, hər günümüz, həyatımız hər an təhlükələrdə deyilmi?! Hamımız bir gün mütləqa tərk edəcəyimiz bir “gəminin” müvəqqəti sakinləri deyilmiyik?!

Ey insanlar, hər kəs özünü, şəxsi mənafeyini düşünüb insanı, insanlığı mutsuz etməkdənsə, hamımız bir-birimizi düşünüb arzularımızı birləşdirsək olmazmı?!

Xoşbəxtlik bunda deyilmi?! Xoşbəxtlik kimsəyə lazım deyilmiii...?!


İnform.az

Baxış sayı: 340