Hadisə
03.09.2018 / 00:16

Toya gələnlər peşman oldular- Şamaxıda

Toya gələnlər peşman oldular-
Şamaxıda toyda dava düşüb.

"Report"un xəbərinə istinadən bildirir ki, hadisə rayonun Kərkənc kəndində baş verib.

Kənddə keçirilən toy mərasimində baş verən davada, 1977-ci il təvəllüdlü Xaqani Oktay oğlu Rüstəmov bir neçə həmyerlisi tərəfindən döyülüb. Nəticədə o, ağır xəsarət alıb.

X.Rüstəmov yaxınları tərəfindən Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 244