Şərhlər
01.09.2018 / 15:25

Dəli Gül...

Dəli Gül...
Jalə Mütəllimovanın facebook səhifəsindən:


Polisə diqtə eləyirdilər adını. Soy adı da unutdum, ata adını da. Bircə ağlımda adı qaldı. Dəli Səkinə deyib gəzdirdiyim qonşumun geçək adı Gül imiş, Gül...Dəli Gül... Tovuzlu qızı... Orqan işçisinin də dodağı qaçdı, gülümsədi, adı yazanda, “Gül?” deyib, sualla soruşdu. Hə, qardaş Gül, dedi qohumu. Məhləmizin Gülü öldü demək, dəli Gül...


Əri ilə bacısı qoşulub qaçan Gül. Hər səhər qapımı döyüb məni yuxudan ogar eləyən Gül. O Gül ki, qohumlarından ərinin hirsini alırdı. Kimsəyə qapı açmırdı. Yemək istəmirdi. Pul dilənmirdi. Çimmirdi. Ayaqyoluna da evin ortasında gedirdi. Evinin iyi bütün mərtəbəni başına almışdı. Hər gün mən onun yuyulmayan, nəcis qoxan əlindən tutub yuxarı qaldırır, sonra saatlarla yuyunur, çimir, özümü onu qoxusundan xilas eləməyə çalışırdım.

Sonra da düşünürdüm ki, bu əslində onun qoxusu deyil, xəyanətin qoxusudur. Özü kimi də iyrənc qoxusu var xəyantin...

FHN-dən gəldilər. Pəncərədən içəri girdilər. Yedinci mərtəbənin qapısı açılmaqla FHN əməkdaşı olan gənc oğlanın özünü bayıra atması bir oldu: Ölüb! İylənib! Çürüyüb! Yaxın durmaq olmur! Belə hesabat verdi...

Bilmirəm kimlə necə idi. Məni hərdən-söyüb qarğısa da, oğluma tapşırdı bərk-bərk: Anandan muğyat ol haa, Allah bağışlamaz a yaraşılqlı...Oğlum da güldü keçib getdi yanından onun...
Lap axırıncı dəfə qapımı döyəndə, yaneram sussunnan ağız gəl mənə su gətir həyətdən. Dedim həyətə düşmə dayan evin kranından dordurum vedrəni. Doldurdum gördüm gücü çatmır. Oğlum öndən vedrəni apardı. Özün arxadan zəif, çəlimsin qalmış bu qarını çiynimə alıb, yeddinci mərtəbəyə qaldırdım qaranəfəs olsam da... Neçə ildə ilk dəfə içəri çağırdı. Dəhlizdə dayandıq, mənim dərdim böyükdü ağız, məni unutm yaxşımı, ölüm...

Dedim bəlkə səni çimdirim, yuyum, saçını darayım? Soruşdum. Dedi özüm xavar eləyəjəm, sən get. Mən getdim o isə içəridə asta-asta nəsə danışır, amma bərkdən ay Allahhh, qışqırırdı. Mən Allah inana adamam, amma niyə Allah onu eşitmədi, bilmirəm. Axı o ürəyində səslənsən belə səni duyandır. Bilmirəm bəlkə Allah da bu çəlimsiz, çırkli, pırpızbaş qadının qarşısında aciz idi. Xəyanət təkcə bəndəni aciz eləmir ki, hərdən Allahı da mat qoyur...

... Bu qəbil insanlardn hərənin ağlının kəsdiyi bir şey var. Mənim ağlımın kəsdiyi bəlkə çoxları üçün mürəkkəb, hətta gülməli görünər. Düşünürəm bütün insanlar bir birinə imtahandır. Yəni həyatımız biri birimizdən imtahan verib neçə almağımızdan asılıdır həm də. Bütün yaşadıqlarımız əməllərimizin qarşılığıdır. İndi mən bilmirəm bu qadın mənim hansı mükafatımın imtahanıdır. Amma dəqiq bildiyim odur ki, mən bu imtahandan yaxşı qiymət almışam. Əla da ala bilərdim...Bu qarı bir az yaxşı adam olub imkan versəydi. Məsələn onun evində su xəttini düzəldə bilsəydim, illərdir yuyulmayan bədənini yusaydım, ona bircə qazan yemək assaydım, saçına daraq, sığal çəkə bilsəydim...

Bəlkə...Bəlkə dəəə, bəlkə, əla qiymət alardım...Allah sən lənət eləməsin yazıqsan ay Gül qarı, səndən əla qiymət almağa qoymadın məni... Bəlkə də o məndən imtahan verə bilmədi, bilmirəm. Bu da təsəllim olsun hər halda...


İnform.az

Baxış sayı: 84