Din
01.09.2018 / 12:45

Amerika Sefard Federasiyasının nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda olub- FOTO

Amerika Sefard Federasiyasının nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda olub-
Avqustun 31-də Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Amerika Sefard Federasiyasının nümayəndə heyəti ilə görüşüb.

Bu barədə İnform.az-a İnstitutun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rektor nümayəndə heyətini salamlayaraq Azərbaycan İlahiyyat İnstitututunun yaranma məqsədi və İnstitutdakı tədris proqramı barədə ətraflı məlumat verib.

O, Azərbaycan İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dünya dinləri, xüsusən də Yəhudilik və Xristianlıq haqqında fənlərin tədris edildiyini qeyd edərək gələcəkdə Azərbaycanda mövcud olan dinlərin tarixi və mədəniyyəti ilə bağlı araşdırmaların aparılmasının, həmçinin yəhudilik və xristianlıqla bağlı ixtisasların açılmasının planlaşdırıldığını qeyd edib, bu sahədə dünyada mövcud olan qabaqcıl elmi müəssisələrlə əməkdaşlığa hazır olduqlarını bildirib.

Azərbaycanda tarixən dinlərarası tolerant mühitin mövcud olduğunu qeyd edən rektor ölkəmizdə dini icmalara dövlət tərəfindən böyük qayğı göstərildiyini, bu siyasətin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin siyasəti bu gün uğurla davam etdirdiyini, bir çox dini ibadət ocaqlarının təmir və ya bərpa olunduğunu, dini təhsil müəssisələrinin yaradıldığını, dövlətin dini qurumlara mütəmadi olaraq maliyyə vəsaitinin ayırdığını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət göstərdiyini vurğulayıb.

Ceyhun Məmmədov qonaqlara Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri haqqında məlumat verərək qeyd edib ki, işğal olunmuş torpaqlarda çox sayda müsəlman və xristian dini abidələri ermənilər tərəfindən dağıdılıb.

Ancaq bu gün Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərdiyini qeyd edən Ceyhun Məmmədov kilsədə 5000 erməni dilində kitabın qorunduğunu vurğulayıb.Rektor erməni işğalına qarşıölkəmizdə yaşayan yahudilərində fəal mübarizə apardığını vurğulayaraq onların arasında Albert Aqaronovkimi milli qəhrəmanların da olduğunu bildirib.

Daha sonra Amerika Sefard Federasiyasının icraçı direktoru Ceyson Quberman rəhbərlik etdiyi təşkilat və nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi haqqında geniş məlumat verib.

C.Quberman Rektora Azərbaycanda belə bir institutun açılmasından məmnunluq duyduğunu bildirərək təmsil etdiyi qurumla İlahiyyat İnstitutu arasında əməkdaşlığa hazır olduqlarını qeyd edib.

O, həmçinin Amerikada yaşayan Sefard yəhudilərinin tanınmış jurnallarından olan “The Sephardi Report” jurnalının son sayını rektora hədiyyə edib. Heyətin tərkibində iştirak edən İrina Tsukerman da Azərbaycan İlahiyyat İnstitunda keçirilən dərslərin müxtəlif dinlərin öyrənilməsi baxımından çox əhəmiyyətli olduğunu və bu sahədə İnstituta dəstək verməyə hazır olduqlarını bildirib.

Amerika Sefard Federasiyasının nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda olub-


İnform.az

Baxış sayı: 208