Dünya, Hadisə
01.09.2018 / 08:30

Rusiyada sərnişin təyyarəsi yanıb, ölən və yaralananlar var...

Rusiyada sərnişin təyyarəsi yanıb, ölən və yaralananlar var...
Rusiyanın Soçi şəhərinin aeroportunda baş vermiş hadisə zamanı 18 nəfər xəsarət alıb.

İnform.az "Report"-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, xəsarət alanlar arasında 3 uşaq da var. Hazırda hava limanında həkimlər və psixoloqlar briqadası işləyir.

TASS agentliyi isə hadisə zamanı aeroportun 1 əməkdaşının ürək tutmasından öldüyünü xəbər verib. Məlumatda bildirilir ki, o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Moskvadan Soçiyə uçan "Boeing 737" sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb. Alovun söndürülməsinə 5 yanğınsöndürmə texnikası cəlb edilib və saat 03:25-də yanğın lokallaşdırılıb. Bir saat sonra isə alov söndürülüb.

Hadisə zamanı təyyarənin ön hissəsi də zərər çəkib.

İnform.az

Baxış sayı: 147