İdman
16.07.2018 / 14:20

Gənc velosipedçilərimizin Türkiyə uğuru- FOTO

Gənc velosipedçilərimizin Türkiyə uğuru-
Türkiyənin Kastamonu şəhərində 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə təşkil olunan beynəlxalq turnir velosipedçilərimizin uğurlu çıxışı ilə yadda qalıb.

AzVİF-nın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Türkiyə Velosiped Federasiyası və Kastamonu Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilən yarışın gənclər kateqoriyasında fəxri kürsün ilk 3 pilləsində Azərbaycan velosipedçiləri qərarlaşıblar.

Məşqçi Asif Həsənovun rəhbərliyi altında Türkiyədə 4 gənc velosipedçimiz – Xankişi İsgəndərov, Mahmud Məmmədov, İvan Orlov və Əli Qurbanov çıxış edib.

100 km-lik marşrutu hamıdan tez Mahmud Məmmədov qət edərək finiş xəttini 1-ci keçib. Yığmamızın digər üzvləri İvan Orlov və Xankişi İsgəndərov isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Əli Qurbanov 5-ci nəticə göstərib. Yığmamız komanda hesabında da 1-ci olub.

Gənc velosipedçilərimizin Türkiyə uğuru-

Baxış sayı: 63