Hərbi
16.07.2018 / 13:38

"Gənc Heydərçilər" hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar- FOTO

"Gənc Heydərçilər" hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar-
İyulun 16-da "Gənc Heydərçilər"in hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınması mərasimi keçirilib.

Müdafiə Nazirliyi və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan düşərgənin məqsədi gənclərin sağlam ruhda böyüməsinə, idmana marağının artırılmasına və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsinə nail olmaqdır.

İnform.az MN-nin Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, yolasalma mərasimində Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Səbail rayonunun rəhbərliyi, ictimaiyyətin nümayəndələri, valideynlər və yeniyetmələr iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin ifa olunmasından sonra tədbirdə çıxış edən Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev Prezident İlham Əliyevin yeniyetmə və gənclərin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, ölkəmizə sədaqət ruhunda tərbiyə olunması məsələlərini diqqət mərkəzində saxladığını vurğulayıb.

O, Ali Baş Komandan İlham Əliyevin və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıdan, eləcə də mənalı və yaddaqalan istirahət üçün görülən işlərdən danışıb, uşaqlara xoş istirahət arzulayıb.
General-mayor Rasim Əliyev qeyd edib ki, düşərgədə yeniyetmələr hərbi hissə, əsgərlərin gündəlik həyatı və məişət şəraiti ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Bu da yeniyetmələrin hərbi xidmətə daha yaxşı hazırlanmasına, onlarda hərbçi peşəsinə marağın artırılmasına töhfə verəcək.

Bildirilib ki, düşərgəyə rayonun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri, həmçinin Aprel döyüşlərində şəhid olmuş, eləcə də ön xətdə xidmət edən zabitlərin övladları göndərilib.
Qeyd edilib ki, düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq, uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb. Müdafiə Nazirliyinin “N” hərbi hissəsində düşərgənin təşkil olunması üçün geniş şərait yaradılıb. Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə idman və ibtidai hərbi hazırlıq müəllimləri, hərbi hissənin zabitləri məşğul olacaqlar.

"Gənc Heydərçilər" hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar-


"Gənc Heydərçilər" hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar-


"Gənc Heydərçilər" hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar-


"Gənc Heydərçilər" hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar-


"Gənc Heydərçilər" hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar-


İnform.az

Baxış sayı: 58