Sosial
16.07.2018 / 12:26

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!- Bakı-Sumqayıt yolunda rənglənmə işləri aparılacaq

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!-
Bakı-Sumqayıt yolunun təmir olunan hissəsində rənglənmə işləri aparılacaq.

Bu barədə İnform.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Şamaxinka dairəsinə kimi bu gecə saat 23:00-dan səhər saatlarınadək üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

İnform.az

Baxış sayı: 62