Hüquq
16.07.2018 / 11:21

Sahibsiz itlərə atəş açan şəxs saxlanılıb

Sahibsiz itlərə atəş açan şəxs saxlanılıb
İyulun 15-də Pirallahı qəsəbəsi ərazisində sahibsiz itlərə silahdan atəş açan şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, araşdırmalarla onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib.

Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Pirallahı RPŞ-də araşdırma aparılır.



İnform.az

Baxış sayı: 54