Hüquq
16.07.2018 / 10:54

Narkotiklərlə mübarizə qətiyyətlə davam etdirilir

Narkotiklərlə mübarizə qətiyyətlə davam etdirilir
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Ağayevin Xırdalan şəhərində kirayədə yaşadığı mənzildən 13 qrama yaxın heroin, 2 kiloqram 700 qrama yaxın marixuana, həmçinin güclü təsiredici xüsusiyyətə malik 51 qram metamfetamin və 30 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Yaxa-Dəllək kənd sakini, əvvəllər məhkum olunan Mahmud Nağıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 11 ədəd çətənə kolu və 250 qram marixuana, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları isə Mustafabəyli kənd sakini Elçin Süleymanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 6 ədəd çətənə kolu aşkar edərək götürüblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

İnform.az

Baxış sayı: 42