Dünya
16.07.2018 / 10:31

"Dövlət ABŞ-a qarşı Ruhanini dəstəkləməlidir..."- Xamenei

"Dövlət ABŞ-a qarşı Ruhanini dəstəkləməlidir..."-
"İranın bütün dövlət strukturları ABŞ sanksiyalarına qarşı hökumətin hazırladığı iqtisadi siyasəti dəstəkləməlidirlər..."

İnform.az axar.az-a istinadən xəbər verir ki, bunu İran prezidenti və hökuməti ilə görüşü zamanı İranın Ali Dini lideri Əli Xamenei deyib.

“Əminəm ki, əgər hökumət lazımi tədbirlər görsə, o bütün problemlərin öhdəsindən gəlib, ABŞ-ın planını yox edə biləcək. Biz özəl sektoru gücləndirməli, iqtisadi cinayətkarlığa qarşı qəti addımlar atmalıyıq” – deyə o bildirib.

İnform.az

Baxış sayı: 73