Dünya
16.07.2018 / 10:12

Gürcüstanda mədəndə QƏZA - 4 nəfər həyatını itirdi

Gürcüstanda mədəndə QƏZA - 4 nəfər həyatını itirdi
Gürcüstanın qərbində Mindeli adına mədəndə qəza baş verib.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, Tkibulu şəhərində mədəndə baş vermiş qəza nəticəsində 4 mədənçi ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Xəsarət alanların dəqiq sayı qeyd edilməsə də, ilkin olaraq 9 nəfərin yaralandığı ehtimal edilir.

Qəzanın baş vermə səbəbləri məlum deyil.

Səhər saatlarından başlayaraq hadisə yerində xilasedicilər işləyir.

İnform.az

Baxış sayı: 35