Baş xəbər, Hüquq
16.07.2018 / 09:15

"Ötən gün narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib"- DİN-in məlumatı

"Ötən gün narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib"-
İyul ayının 14-dən 16-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 177 cinayət faktı qeydə alınmış, onların da 27-si “isti izlər”lə açılıb.

DİN-nin Mətbaut xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 22 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

İnform.az



Baxış sayı: 117