Diaspora Akademiyası
12.07.2018 / 00:00

Komitə sədri Topçubaşovun məzarını ziyarət edib- FOTO

Komitə sədri Topçubaşovun məzarını ziyarət edib-
Xəbər verdiyimiz kimi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avropaya rəsmi səfəri davam edir.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, komitə sədrinin başçılıq etdiyi nümayəndə heyəti Fransada Azərbaycanın görkəmli siyasi xadimi, Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib, məzar üzərinə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Komitə sədri Topçubaşovun məzarını ziyarət edib-


Komitə sədri Topçubaşovun məzarını ziyarət edib-


İnform.az

Baxış sayı: 27