Sosial
11.07.2018 / 22:22

Xaçmazda itkin düşən qadının meyiti tapılıb

Xaçmazda itkin düşən qadının meyiti tapılıb
Xaçmaz rayonu ərazisində itkin düşən 67 yaşlı Sumqayıt şəhər sakininin meyiti tapılıb.

İnform.az
-ın APA-ya istinadən verdiyi məlumata görə, Xaçmazın Padar kəndinə qonaq gələn 67 yaşlı Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Şıxvəliyeva Pəri Qubad qızının meyiti əkin sahəsində aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, yaşlı qadın iyulun 8-i, axşam saatlarında itkin düşmüşdü.

İnform.az

Baxış sayı: 59