Din
11.07.2018 / 17:55

“Azərbaycanda yəhudilərin həyat tərzi” adlı növbəti seminar keçirilib- FOTO

“Azərbaycanda yəhudilərin həyat tərzi” adlı növbəti  seminar keçirilib-
İyulun 11- də Azərbaycan İlahiyyat İnstitutunda “Azərbaycanda yəhudilərin həyat tərzi” adlı növbəti seminar keçirilib.

İnstitutun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov Azərbaycanda dini icmalara böyük qayğı göstərildiyini, bu siyasətin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin siyasəti bu gün uğurla davam etdirdiyini, ölkəmizdə bir çox dini ibadət ocaqlarının təmir və ya bərpa olunduğunu, yeni dini təhsil müəssisələrinin yaradıldığını, dövlətin dini qurumlara mütəmadi olaraq maliyyə vəsaiti ayırdığını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqət göstərdiyini vurğulayıb.

C.Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun maarrifləndirmə məqsədi daşıyan tədbirlərə xüsusi önəm verdiyini, bu məqsədlə müxtəlif, seminar, dəyirmi masa və konfransların keçirilməsini planlaşdırdığını bildirib.

O, həmçinin Azərbaycan İlahiyyat İnstitutunun İslamla yanaşı, Azərbaycanda yaşayan digər dinlərin tarixi və mədəniyyəti ilə bağlı araşdırmaların aparılmasını, gələcəkdə İnstitutda yəhudilik və xristianlıqla bağlı ixtisasların açılmasını planlaşdırıldığı barədə məlumat verib.

Sonra Azərbaycan Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev əsas məruzəçi kimi çıxış edib. İlk öncə o, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından məmnunluğunu ifadə edib, bu sahədə hazırlanacaq ixtisaslı kadrlara ciddi ehtiyac olduğunu, Dağ yəhudiləri dini icmasının İnstitutla əməkdaşlığına böyük önəm verdiyini vurğulayıb, təhsil müəssisəsinin fəaliyyətinə uğurlar arzulayıb.

Daha sonra M.Yevdayev Azərbaycanda yəhudiliyin tarixi və bugünü haqqında məlumat verib. O, yəhudiliyin Azərbaycandakı tarixinin 2000 ildən çox olduğunu, təmsil etdiyi dağ yəhudilərinin Avropa yəhudilərinə nisbətən daha çox şərq xalqlarına bənzədiklərini vurğulayıb.

O, dağ yəhudilərinin təqribən 300 ilə yaxındır ki, Qubada məskunlaşdıqlarını, bu rayonda yerləşən “Qırmızı qəsəbənin” onların kompakt şəkildə yaşadıqları ən böyük yaşayış məskəni olduğunu qeyd edib.

M.Yevdayev ölkə yəhudilərinin Azərbaycan xalqı ilə əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşadıqlarını və heç vaxt diskriminasiyaya məruz qalmadıqlarını xüsusilə vurğulayaraq, Azərbaycanın antisemitizmin olmadığı nadir dövlətlərdən biri olduğunu, dövlətin yəhudi icmalarına xüsusi qayğı göstərdiyini, maliyyə yardımı ayırdığını, sinaqoqları bərpa və təmir etdiyini bildirib.

Seminar tədbir iştirakçılarının mövzu ətrafında müzakirəsi ilə davam edib.

“Azərbaycanda yəhudilərin həyat tərzi” adlı növbəti  seminar keçirilib-


“Azərbaycanda yəhudilərin həyat tərzi” adlı növbəti  seminar keçirilib-


İnform.az

Baxış sayı: 27