Hadisə
11.07.2018 / 17:35

"Qardaşım da iş başında şəhid olub”- Şəhid polisin qardaşı

"Burada məqsəd ara qatmaq və asayişi pozmaq idi..."

İnform.az
-ın xəbərinə görə, bunu Gəncədə polislə qarşıdurmada öldürülən Nizami rayon Polis idarəsi rəisinin müavini Səməd Abbasovun qardaşı Hacı Tahir Abbasov gununsesi.info-ya verdiyi müsahibəsində deyib.

İmamzadə türbəsinin axundu olan Hacı Tahir Abbasov qardaşının qətli haqqında danışıb. Hacı Tahir qardaşının ölümünün Elmar Vəliyevə qarşı narazılıqla hər hansı bir əlaqəsinin olmadığını deyib. O, bildirib ki, bu olay Azərbaycan dövlətinə qarşı bir təxribatdır:

“Onlar gələn zaman bunlar özü də çaşqın vəziyyətdə olub ki, əllərində bıçaq, dəyənək, lom olan gənclər haradan çıxdı? Gəncədə belə bir xarakter yoxdur ki, günahsız insanı belə amansızcasına qətlə yetirəsən. Bu, xüsusi təşkil olunmuşdu.

Ermənistana sığınan adamlar var ki, internet üzərindən çağırışlar edirdilər. Burada məqsəd ara qatmaq və asayişi pozmaq idi. Heç bir zaman dini əqidəsi olan adam belə açaqlıq eləməz, başqa bir ailənin üzvünü qətlə yetirməz. Qətl böyük günahdır. Qardaşım da iş başında şəhid olub”.

İnform.az

Baxış sayı: 19