Şərhlər
11.07.2018 / 15:29

Təxribat ehtimalı yüksəkdir...

Təxribat ehtimalı yüksəkdir...
Azər Sarıoğlunun facebook səhifəsindən:


Adım kimi əminəm ki, belə təxribatçı, konkret bir şəhərin əhalisini aşağılayan statusu Elmar Vəliyevin oğlu yazmayıb.

Nə Elmar Vəliyevi, nə də oğlunu tanıyıram. Elmara da simpatiyam- filan yoxdur. Sadəcə, belə bir həssas sitiuasiyada Elmarın oğluna bu cür statusu yazmasına, oğlan istəsə belə, imkan verilməz.

Bu, daha çox əvvəlcədən hazırlanmış ssenariyə bənzəyir: əvvəlcə, şəhərdə aksiya olacağı barədə şayiələr dolanır, sonra sosial şəbəkədə bu təxribatçı status paylaşılır və "yanğına körüklə gedilir".

Son illərin digər ölkələrdə izlədiyimiz ənənəvi sosial şəbəkə təxribatı. Nəticədə iki polis bıçaqlanıb.

İndiyə kimi Azərbaycanda hansı aksiyada polis bıçaqlanıb? Hətta kütləvi aksiyaların ən qaynar çağlarında belə dövlət məmuruna xəsarət yetirilməsi hadisəsinə rast gəlinməyib.

Təxribat ehtimalı yüksəkdir...

İnform.az

Baxış sayı: 99