Hüquq
11.07.2018 / 15:17

Polis vətəndaşın təhlükəsizliyinin təminatçısıdır...

Polis vətəndaşın təhlükəsizliyinin təminatçısıdır...
"Aparılan araşdırmalar sonda çox məqamlara aydınlıq gətirəcək."

Bunu İnform.az-a keçmiş polis əməkdaşı, polis polkovniki Qafar Cəfərli Gəncə hadisələrinə münasibət bildirərkən deyib:

Baş verənlərdən çox üzüldüm.

Məqsəd və məramından asılı olmayaraq insan ölümü hər birimiz üçün çox ağır dərddir, faciədir, fəlakətdir...

Üstəlik də vətəndaşların asayişini, onların hüquq və azadlıqlarını qoruyan,öz vəzifə borclarını yerinə yetirən polis əməkdaşların qətlə yetirilməsi dövlətə,dövlətçiliyə zor göstərməkdir.

Allah şəhid polislərimizi rəhmət eləsin.

Təbii ki,hadisələrin baş vermə səbəbləriylə bağlı dəqiq məlumatımız olmadığından hansısa əlavə fikir söyləməyim əsassız olardı.

Amma onu demək istəyirəm ki, polis dövlətin vuran qoludur, polis vətəndaşın təhlükəsizliyinin təminatçısıdır.

Hər bir vətəndaş bunu anlamalı, polislə münasibətdə soyuqluq yaratmamalıdır.

Şübhəsiz ki, aparılan araşdırmalar sonda çox məqamlara aydınlıq gətirəcək.

Cinayətkarlar artıq bəllidir.

İnşallah tezliklə tutularlar.Günahsız yerə qətlə yetirilmiş polislərimizin qanı yerdə qalmaz.

Bu ağır dövrdə hər bir vətəndaş dövlətin yanında olmalı, polisə köməyini əsirgəməməlidir.

Yalnız birgə,əlbir mübarizə bizi bu çətin sınaqlardan alnı açıq,üzü ağ çıxarda bilər.

İnform.az

Baxış sayı: 264