Elm-təhsil
11.07.2018 / 13:44

ADNSU-nun rektoru İndoneziyada beynəlxalq konfransda iştirk edir- FOTO

ADNSU-nun rektoru İndoneziyada beynəlxalq konfransda iştirk edir-
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İndoneziyanın Surabaya Universitetində (Surabaya şəhəri) keçirilən Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının (UPBA) konfransında iştirk edir.

Universitetin İctimaiyyətlə əlaqələr və marektinq şöbəsindən İnform.az-a verilən məlumata görə, “Rəqəmsal dövrdə ali təhsil müəssisələrində davamlılığın inkişafı” adlı beynəlxalq konfrans iyulun 9-da başlanıb və öz işini iyulun 11-də tamamlayacaq. İndoneziyaya səfəri çərçivəsində ADNSU-nun rektoru, professor Mustafa Babanlı bir neçə ali məktəbin rəhbərləri ilə görüşüb və əməkdaşlığa dair müzakirələr aparıb.

Qeyd edək ki, Forumda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndə heyəti də iştirak edir. ADNSU-nun rektoru, professor Mustafa Babanlı Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının İcraedici Komitəsinin üzvü və regional təmsilçisidir. Bu konfransı Asiya və Sakit okean ölkələri Universitetlərinin Assosiasiyası da dəstəkləyir.

ADNSU-nun rektoru İndoneziyada beynəlxalq konfransda iştirk edir-


ADNSU-nun rektoru İndoneziyada beynəlxalq konfransda iştirk edir-


ADNSU-nun rektoru İndoneziyada beynəlxalq konfransda iştirk edir-


ADNSU-nun rektoru İndoneziyada beynəlxalq konfransda iştirk edir-


İnform.az



Baxış sayı: 25