Sosial
11.07.2018 / 13:03

"Polisə əl qaldırılıb, deməli dövlətə əl qaldırılıb..."- Xeyrəddin Qoca

"Polisə əl qaldırılıb, deməli dövlətə əl qaldırılıb..."-
"Türkiyədə ən qatı cinayətkarlar belə polis adını eşidəndə silahı yerə qoyub təslim olurlar..."

Bu sözləri İnform.az-a yazıçı Xeyrəddin Qoca dünən Gəncədə baş verən hadisəyə münasibət bildirərkən deyib.

Gəncədə baş verən hadisəyə çox üzüldüm.

Görünür baş verən intizamsızlıq hansı planlarınsa tərkib hissəsidir.

Əsasən ona təəssüf edirəm ki, polisə əl qaldırılıb, deməli dövlətə əl qaldırılıb.

Polis dövlət nümayəndəsidir, onlar asayışın keçirində duarn insanlardılarlar.

Onlara hörmət etmək, kömək göstərmək əvəzinə, xətər yetirmək, bu artıq dözülməzdir!

Bildirməliyəm ki, Türkiyədə ən qatı cinayətkarlar belə polis adını eşidəndə silahı yerə qoyub təslim olurlar.

Hərçənd ordada nadir hallarda polisə tabe olmayanlar tapılır.

Mən istəyirəm ki, Azərbaycan polisinə hörmət edilsin.

İndi şəhid olan polislərimizin ailələrinin nələr çəkdiklərini düşünmək lazımdır.

Axı onlar sadəcə xidməti vəzifələrini yerinə yetirirdilər.

Mən təəssüf edirəm, təəssüflənirəm!!!

Ümumiyyətlə bütün bu baş verən hadisələrə təəssüflənirəm!

Yeri gəlmişkən deyim ki, bu gün facebook səhifəmdə də yazdığım kimi, televiziyadan "ictimaiyyət nümayəndələri" adı altında gözümüzü yağır edənləri çıxarmaq lazımdır.

İmkandan istifadə edib, şəhid polislərimizin ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, baş verən hadisədən dərin kədərləndiyimi bildirirəm.

İnform.az

Baxış sayı: 941