Şərhlər
11.07.2018 / 09:34

Cəmiyyətdə milli ideologiya dəyişilməlidir

Cəmiyyətdə milli ideologiya dəyişilməlidir
Aida Eyvazlının facebook səhifəsindən:


Niyə bizim təhsilimiz bu günə qaldı?

Niyə məktəblərə başı örtüklü qızların gəlməsinə icazə verdiniz?

Axı bizim dövlətimiz sivil dövlətdir.

Məktəblilərin bir çoxu Allahın 99 adını bilir, ancaq, çantalarındakı kitabı açıb vərəqləmirlər.

Ölkəmizdə təhsil ideologiyası, gənclərin ideologiyası dəyişilməlidir. Təhsilə önəm verilməlidir.

Rayonlarda, kəndlərdə, əyalətlərdə elə ailələr var ki, uşaqları dərsə getmir. Bunun da haqq hesabı heç yerdə aparılmır Valideyndən soruşulmur ki, sənin uşağın dərsə niyə gəlməyib. bax o məhərrəmlik günlərində küçələrə çıxıb sinə vuranlar, baş yaranların beynini İrandan gələn ab-havalar, təsirlər yuyurlar.

Din ailə-məişət münasibətidir. Dindarlığı məktəbə, iş yerlərinə gətirmək olmaz. Bizim məmləkətin insanları sovet ideologiyasının hökmran olduğu zamanda hər gün qəzet oxuyardılar. Niyə televiziyalarda, kitab verilişləri, dram əsərləri göstərilmir. Televiziya ən güclü təbliğat vasitəsidir.

Cəmiyyətdə MİLLİ İDEOLOGİYA dəyişilməlidir.

O tumançağ müğənnilərin, mütrüb rəqqasələrin, savadsız aparacıların əlindən efirləri alıb, cəmiyyətə vətənpərvərlik, dövlətçilik təbliğ edən, elm- təhsil təbliğ edən verilişlərə üstünlük vermək lazımdır.

İnandığınız Məhəmməd peyğəmbərinizin özü də deyirdi ki, insan beşikdən qəbrə qədər oxumalıdır.

O demirdi ki, təkcə Quranı oxuyun. Öyrənmək üçün kitab oxuyun deyirdi. Quran müsəlmanların qanun kitabı idi. İndi bizim Konstitusiyamız olduğu kimi. Bu millətin təhsilini, kitabını qaytarın politoloqlar, ideoloqlar, ziyalılar, bax bunun üçün həyəcan təbili çalın .

Küçəyə çıxıb 4-5 yaşlarında başı bağlı qız uşaqlarını örəndə ürəyim yanır, deyirəm ki, bu uşaqlar hələ nə görüblər ki, indidən bunları dindarlıqla möhürləyirlər.

Dini insan özü üçün dünyanı anlayandan, özünü anlayandan sonra seçməlidir.

Ən böyük din SÜLHDÜR, ƏMİN AMANLIQDIR, BƏRABƏRLİKDİR!!!

İnform.az

Baxış sayı: 181