Din
10.07.2018 / 17:40

İran Mədəniyyət Mərkəzinin sədri Azərbaycan İlahiyyat İnstitutunda olub

İran  Mədəniyyət Mərkəzinin sədri Azərbaycan İlahiyyat İnstitutunda olub
İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi Azərbaycan İlahiyyat İnstitutunda olub.

İnstitutun rektoru Ceyhun Məmmədov Azərbaycanla İran arasındakı çoxəsrlik tarixə malik münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.

İnstitutun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, rektor institutun fəaliyyəti, gələcək planları ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, İlahiyyat İnstitutu müsəlman ölkələrinin analoji qurumlarının təcrübəsini öyrənməyə, onlarla sıx əməkdaşlıq etməyi planlaşdırır.

Ə.Farsi yeni yaranmış instituta müvəffəqiyyətlər arzulayıb. O, xüsusən institutda fars dili və İslam incəsənəti ilə əlaqəli kursların təşkil edilməsində, həmçinin İranda mövcud olan elmi mərkəzlərlə əlaqələrin qurulmasında və İnstitutun kitabxanasının zənginləşdirilməsində İran Mədəniyyət Mərkəzinin Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlığa hazır olduğunu bildirib.


İnform.az

Baxış sayı: 22