Din
10.07.2018 / 18:00

Dini maarifləndirmə layihəsi çərçivəsində daha bir tədbir keçirilib- Astarada(Foto)

Dini maarifləndirmə layihəsi çərçivəsində daha bir tədbir keçirilib-
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Astara rayonu Kijəbə qəsəbə məscidində Bilik fondunun dini maarifləndirmə layihəsi çərçivəsində tədbir keçirilib.

Şöbədən İnform.az-a verilən məlumata görə, tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Turan Həsənzadə, Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Kijəbə qəsəbə məscidi dini icmasının sədri Ələkbər İsayev, ağsaqqallar, gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov məruzəsində ölkəmizdə dinlərarası, məzhəblərarası həmrəylik və vəhdətin mövcud olduğunu qeyd edib. Q.Məmmədov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri haqqında məlumat verib.

Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullaməruzəsində Azərbaycandakı dövlət-din modelinin digər ölkələr üçün nümunə olduğunu bildirib.

H.Abdulla Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm İli”, onun məntiqi davamı kimi 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini sülhə və həmrəyliyə verilən töhfə kimi əhəmiyyətini vurğulayıb.

Kijəbə qəsəbə məscidi dini icmasının sədri Ələkbər İsayev, Lovayın kənd məscidinin imamı Nurəddin Mərufov, Lovayın kənd sakini, ilahiyyatçı Mahir Şəkərov və digərləri çıxışlarında dini radikalizmə qarşı mübarizədəmilli-mənəvi, tolerant və multikultural dəyərlərin təbliğ edilməsinin zəruriliyindən danışıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Dini maarifləndirmə layihəsi çərçivəsində daha bir tədbir keçirilib-


Dini maarifləndirmə layihəsi çərçivəsində daha bir tədbir keçirilib-


İnform.az

Baxış sayı: 84