Dini maarifləndirmə layihəsi çərçivəsində tədbir keçirilib- Lənkəranda (Foto)

Şöbədən İnform.az-a verilən məlumata görə,tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, rayonun din xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov məruzəsində bölgədə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunub. Dini radikalizm və onun fəsadlarından danışan Q.Məmmədov, milli-mənəvi, tolerant və multikultural dəyərlərin təbliğ edilməsini dini radikalizmə qarşı mübarizədə zəruriliyini vurğulayıb.
Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullaməruzəsində milli-mənəvi və dini dəyərlərimizin qorunub saxlanılması və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib.
Lənkəran rayonu Hirkan qəsəbə məscidi dini icmasının sədri və imamı Ayaz Mirzəyev, rayonun Liman şəhər “Cümə” məscidi dini icmasının sədri Vidadi Qurbanzadə və digərləri çıxışlarında həyata keçirilən maarifləndirmə tədbirlərinə görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
İnform.az
Baxış sayı: 233

Digər xəbərlər:

Dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib-
17 may / 12:39
“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” adlı tədbir keçirilib ...
20 aprel / 18:10
“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitə ...
20 aprel / 11:09
“Azərbaycanda dövlət-din münasibətləri: Dünən və bu gün” adlı tədbir keçiri ...
04 aprel / 17:00
“Radikal dini cərəyanlar və onlara qarşı mübarizə” adlı tədbir keçirilib-
01 mart / 10:48
“Gəncləri radikal dini cərəyanlardan necə qoruyaq?” adlı tədbir keçirilib-
13 fevral / 17:11
“Vətənpərvər gənclik dini radikalizmə qarşıdır” mövzusunda tədbir keçirilib ...
06 fevral / 16:45
“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” adlı tədbir keçirili ...
26 yanvar / 12:00
“İslam humanizm və həmrəylik dinidir” adlı layihə çərçivəsində tədbirlər da ...
25 yanvar / 19:00
Dini radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib-
11 aprel / 15:03