Baş xəbər, Hüquq
10.07.2018 / 16:34

Bu qadın ailəsi tərəfindən AXTARILIR

Bu qadın ailəsi tərəfindən
Xaçmaz rayonunun Padar kənd sakini, 67 yaşlı Aypəri Şıxvəliyeva iluyun 8-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İnform.az-a verilən məlumata görə, A.Şıxvəliyevanın əlamətləri belədir:

Boyu 155-165 sm., dolu bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi qəhvəyidir.

Aypəri Şıxvəliyeva yaddaş zəifliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İnform.az

Baxış sayı: 47